Futbol

"Real" UEFA reytinqində birincidi, bəs "Qarabağ"?

454 komandanın yer aldığı siyahıya “Real” (Madrid) klubu başçılıq edir (162,514)

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb. 454 komandanın yer aldığı siyahıya “Real” (Madrid) klubu başçılıq edir (162,514). “Barselona” ikinci (148,514), “Bavariya” isə üçüncü yerdədi (145,254).

Azərbaycan reytinqdə 7 klubla təmsil olunub. “Qarabağ” 10 pillə irəliləyərək 11.500 xalla 148-ci yerdə qərarlaşıb.

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycan klublarının mövqeyi belədi:

148. “Qarabağ” (+10)
179. “Neftçi” (0)
269. “İnter” (+2)
296. “Xəzər Lənkəran” (+2)
331. “Bakı” (+7) 
358. “Qəbələ” (+1)
359. AZAL (+3)