Futbol

Sadıq Sadıqov: "İnanırıq ki, Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək"

“Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçu yetişməkdədi"

"Neftçi”nin prezidenti Sadıq Sadıqovun Emil Balayevin “Ayntraxt” klubuna keçidi ilə bağlı fikirlərini bildirib. O, klubun rəsmi saytına açıqlamasında gənc qolkiperin "Ayntraxt"da Avropanın daha iddialı klublarnın diqqət mərkəzinə düşəcəyinə inandığını deyib:

“Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Son illərdə aparılan gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik. “Neftçi”də çıxış etmiş Emil Balayev həm də milli komandamızın üzvüdü. 

Onun bir qapıçı kimi yetişməsi də son illərdə gənc və yerli oyunçulara göstərilən diqqət və qayğının bariz nümunəsidi. Biz inanırıq ki, Emil Balayev “Ayntraxt”ın heyətində möhkəmlənərək Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək. 

“Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçu yetişməkdədi. Şübhəsiz ki, onlar da gələcəkdə “Neftçi”nin heyətində möhkəmlənərək uğurlu legioner həyatı yaşayacaqlar”.