Futbol

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atıldı (Nəticələr)

Qrupların 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşıb

Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Qrup mərhələsində ilk iki pilləni tutan 24 klub və Çempionlar Liqasında 3-cü olan 8 komanda püşk öncəsi iki səbətə bölünüb. Qrupların 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşıb. 

Çempionlar Liqasından gələn komandalardan ən yüksək reytinqə malik 4 komanda 1-ci, digər 4 klub isə 2-ci səbətdə yer alıb.

Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral tarixlərində keçiriləcək.

Avropa Liqasının 1/16 final mərhələsinin cütlükləri:

"Yanq Boys" (İsveçrə) - "Everton" (İngiltərə)
"Torino" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)
"Sevilya" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya)
"Volfsburq" (Almaniya) - "Sportinq" (Portuqaliya)
"Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
"Olborq" (Danimarka) - "Brügge" (Belçika)
"Anderlext" (Belçika) - "Dinamo" (Moskva, Rusiya)
"Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)
"Trabzonspor" (Türkiyə) - "Napoli" (İtaliya)
"Qenqam" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)
"Vilyareal"  (İspaniya) - "Zalsburq" (Avstriya)
"Roma" (İtaliya) - "Feyenoord" (Hollandiya)
PSV (Hollandiya) - "Zenit" (Rusiya)
"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)
"Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)
"Seltik" (Şotlandiya) - "İnter" (İtaliya)