Futbol

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı (Nəticələr)

1/8 finalda eyni qrupdan gələn komandalar qarşılaşa bilməz

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gəlib. 1/8 finalda eyni qrupdan gələn komandalar qarşılaşa bilməz. Bu qayda eyni ölkə təmsilçilərinə də aiddi.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.

1/8 finalın bütün cütlükləri:  

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)

"Bazel"(İsveçrə) - "Porto" (Portuqaliya)