Futbol

"Atletiko" "Barselona"dan bu yana ilk dəfə...

27 qarşılaşma idi ki, azarkeşlərini məyus etmirdi (21 qələbə, 6 heç-heçə)


İspaniya La Liqasının son turunda evdə "Vilyareal"ı qəbul edən "Atletiko" (Madrid) klubu rəqibinə 0:1 hesabı ilə uduzub.

 Madrid klubu sonuncu dəfə evdə 2013-cü ilin 12 may tarixində “Barselona”ya məğlub olmuşdu - 1:2. 

Dieqo Simeonenin komandası həmin görüşdən bu yana “Visente Kalderon”da 27 qarşılaşma idi ki, azarkeşlərini məyus etmirdi (21 qələbə, 6 heç-heçə).