Futbol

Tahir Gözəl: "Əsas məqsədim onların mənim gözümün içinə baxaraq..."

"Mən şəxsən özüm inanmıram ki, təzədən nəsə baş versin"

“Qarabağ” – “İnter” oyunundan sonra çexiyalı hakimin qolu hesaba almaması, nəinki futbol azarkeşləri, hətta bütün ölkədə geniş müzakirələrə səbəb oldu. 

Sosial şəbəkələrdə bir qrup gəncin UEFA-ya etiraz məktubu göndərdikləri barədə xəbərlər yayılmışdı. Hətta UEFA-nın rəsmi şəkildə “Qarabağ” komandasından üzr istədiyi və hakimin ciddi cəzalandırılması xəbəri də bunlar arasında idi. 

Amma “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl ANS-ə verdiyi müsahibəsində yayılan bu söz söhbətləri təkzib edib. Tahir Gözəl klubun hüquqlarını müdafiə etmək üçün İsveçrəyə yola düşür:

"UEFA-ya gedib o oyunu onlarla birlikdə seyr etmək istəyirəm. Mənim başqa bir arzum yoxdu. Burda əsas məqsədim onların mənim gözümün içinə baxaraq buna reaksiyalarını görməkdi. Ondan sonra nə olacaq? Əlbəttə indidən buna cavab vermək çox cətindi. 

Mən şəxsən özüm inanmıram ki, təzədən nəsə baş versin. Amma ən böyük arzum odu ki, əvvəla “Qarabağ”a edilən haqsızlıq UEFA tərəfindən təsdiq olunsun. Mən 3-cü günün axşamı, ya da 4-cü ganün səhəri yola düşəcəm”.