Futbol

Cavid İmamverdiyev oynadı, komandası qələbə qazandı

Oyun 2:0 hesabıyla qonaqların xeyrinə başa çatıb



Türkiyə PTT 1-ci Liqasında XIII turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası - "Elazığspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.

Oyun 2:0 hesabıyla qonaqların xeyrinə başa çatıb. Cavid start heyətində çıxdığı oyunun 80-ci dəqiqəsində əvəzlənib.

"Elazığspor" hazırda 19 xalla 6-cı pillədə qərarlaşıb.