Futbol

Françesko Totti "Roma"nın kapitanlıq sarğısından imtina etdi

Həmin görüntüləri təqdim edirik

İtaliya A Seriyasının son turunda "Roma"nın səfərdə "Cenoa"nı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada maraqlı olay yaşanıb.

Matçın 77-ci dəqiqəsində paytaxt klubunun canlı əfsanəsi Françesko Totti əvəzetmədən meydana daxil olarkən komanda yoldaşı Seydu Keyta kapitanlıq sarığısını ona verməyə çalışıb. Ancaq təcrübəli futbolçu bundan imtina edib.