Futbol

Jaba: "Bizdə pul yox, problemsə çoxdu"

Komandadakı gələcəyimə klub prezidenti Hafiz Məmmədovla görüşdən sonra aydınlıq gələcək.

“Bakı”nın yarımmüdafiəçisi Jaba Azərbaycan Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran”a qarşı keçirilən oyundan (0:0) sonra fikirlərini bölüşdü. Braziliyalı futbolçu "DSport"a açıqlamasında bunları dilə gətirdi:

"Yaxşı oyun keçdi. "Xəzər Lənkəran" çox yaxşı komandadı. Çoxlu legioner oyunçuları var. Bizim komandada isə futbolçuların əksəriyyəti yerli gənclərdi, güclü legionerlerimiz yoxdu. Ona görə də hər oyunumuz çətin olur".

Jaba oyun ərzində tez-tez komanda yoldaşlarından şikayətlənməsinə də münasibət bildirdi: "Normal haldı. Bizdə pul yox, problemsə çoxdu. Bütün bunlar oyunumuza təsir edir. Matçın gedişatında futbolçular arasında problem, anlaşılmazlıq yaranır. 

"Bakı"da maliyyə problemləri olsa da, mən burada xoşbəxtəm. Hələlik müqaviləm davam edir. Komandadakı gələcəyimə klub prezidenti Hafiz Məmmədovla görüşdən sonra aydınlıq gələcək.

Məni “Bakı”ya Hafiz bey dəvət etdi. Azərbaycana qayıdanda klubda bu qədər problem olduğunu bilmirdim. İnanıram ki, hər şey qaydasına düşəcək və komanda qışdan sonra əvvəlki vəziyyətinə qayıdacaq”.