Futbol

"Mançester Yunayted" "Liverpul"u darmadağın etdi

İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində "Mançester Yunayted" "Liverpul"u qəbul edib.



Görüş "mankunyanlar"ın üstünlüyü şəraitində keçib. Nəticədə "Mançester Yunayted" "Liverpul"u 3-0 hesabı ilə məğlub edib. "Qırmızı şeytanlar"ın heyətində Ueyn Runi, Xuan Mata və Robin Van Persi fərqlənib. Matçın əsas qəhrəmanı isə David De Xea olub. İspan qolkiper bir neçə dəfə komandasını qoldan xilas edib.