Futbol

Dortmund "Borussiya"sı bu xəbərlə sarsıldı

"Borussiya"nın yarımmüdafiəçisi Henrix Mxitaryan "Herta" ilə oynanılan matçda sıradan çıxıb.

Dortmund klubunun rəsmi "Twitter" hesabının yaydığı məlumata görə, erməni futbolçu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. 25 yaşlı oyunçunun MRT-si ombasında çıxıq olduğunu ortaya çıxarıb.

Cari mövsümdə 20 matçda meydana çıxan Mxitaryan 2 dəfə fərqlənib.