Futbol

PSJ Balotellini transfer edir

"Liverpul"un forvardı Mario Balotelli PSJ-nin maraq dairəsinə düşüb.

"Daily Star"ın xəbərinə görə, fransız klubu qış "transfer pəncərəsi"ndə italyan futbolçuya görə "Liverpul"a 10 milyon avro təklif edəcək.

Balotelli yayda "Milan"dan transfer edilmişdi. 14 matçda meydana çıxan hücumçu cəmi 2 dəfə fərqlənə bilib.