Futbol

FIFA agentindən sürpriz açıqlama: "Real" Marko Roysla müqavilə imzalayacaq, bu iş yaxın günlərdə bitiriləcək"

Dortmund "Borussiya"sının ulduz futbolçusu Marko Roys "Real"a transfer olunacaq.

Bu haqda FIFA agenti Fransua Qalyardo açıqlama verib:

"Real" Roysla müqavilə imzalayacaq. Bu iş yaxın günlərdə bitəcək".

Cari mövsümdə 7 matçda meydana çıxan Roysun aktivində 3 qol və 2 məhsuldar ötürmə var.