Futbol

"Real"ın Klublararası Dünya Çempionatındakı rəqibi müəyyənləşdi

"Krus Asul" Klublararası Dünya Çempionatının yarımfinalına vəsiqə qazanıb.

Meksika klubu 120 dəqiqə davam edən matçda "Vestern Sidney Uonderers"i 3-1 hesabı ilə məğlub edib.

"Krus Asul" yarımfinalda Madrid "Real"ı ilə qarşılaşacaq. Görüş gələn həftənin çərşənbə axşamı Mərakeşin paytaxtı Rabat şəhərində oynanılacaq.