Futbol

Stiven Cerrard "Liverpul"la müqavilə imzalamasa, nə baş verəcək?

"Liverpul"un yarımmüdafiəçisi Stiven Cerrard "Nyu-York Red Bulls"un maraq dairəsinə düşüb.

Əgər ingilis futbolçu "Liverpul"la olan müqavilə müddətini uzatmasa, MLS klubu ona rəsmi təklif göndərəcək. Cerrardın müqaviləsi 2015-ci ilin yayında bitir.

"Nyu-York Red Bulls"un idman direktoru daha öncə "Liverpul"u çalışdırmış Jerar Ulyedi. Bu amil keçidin reallaşmasına həlledici ola bilər.