Futbol

"Barselona" "Porto"nun futbolçusunu transfer edir

"Barselona" "Porto"nun müdafiəçisi Danilonun xidmətində maraqlıdı.

Katalon klubu artıq "Porto" ilə danışıqlara başlayıb. "Barselona" rəsmiləri transfer qadağasını həll etməyə hazır olduqlarını bildiriblər.

"A Bola"nın xəbərinə görə, "blauqrana" yayda komandadan ayrılması gözlənilən Dani Alvesin boşluğunu Danilo ilə doldurmağı planlaşdırır.