Futbol

Arsen Venger: "İnsanların 99,9 faizi mənə hörmət edir"

"Arsenal"ın baş məşqçisi Arsen Venger "Nyukasl"la görüşdən sonra onun ünvanına edilən tənqidlərə münasibət bildirib.

Fransız mütəxəssis işinin azarkeşləri xoşbəxt etməkdən ibarət olduğunu və insanların demək olar ki, hamısının ona hörmət etdiyini bildirib:

"Mənim işim oyunlarda qalib gəlmək və insanları xoşbəxt etməkdən ibarətdi. 18 ildi ki, İngiltərədə işləyirəm. Şadam ki, insanların 99,9 faizi mənə hörmətlə yanaşır.

Geridə qalan 0,1 faiz haqqında düşünmək olar, ancaq mənim işim onları sevindirməkdi".