Futbol

"Qarabağ" "Qəbələ"yə uduzdu, "Neftçi" sürprizə imkan vermədi (Nəticələr)

Günün ilk matçı "Bakı" və "Xəzər Lənkəran" komandaları arasında keçirilib.

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Bu gün ümumilikdə 3 görüş keçirilib.

Günün ilk matçı "Bakı" və "Xəzər Lənkəran" komandaları arasında keçirilib. Rəqiblərin yubiley – 30-cu dueli ərəfəsində paytaxtın eyniadlı təmsilçisinin cüzi üstünlüyü var idi.

Qarşılaşma elə başladığı kimi də başa çatıb. Görüşdə hesab açılmayıb.

"Qəbələ" və "Qarabağ" komandaları Qəbələdə üz-üzə gəliblər. Ağdam klubu ilə son 7 oyunda bölgə təmsilçisi xal qazana bilməmişdi. Bu qələbə seriyasının son 3 görüşündə ağdamlılar qol da buraxmamışdılar. Ümumilikdə isə 26-cı duel öncəsi “Qarabağ” böyük üstünlüyə malik idi.

Görüş gərgin mübarizə şəraitində keçib.İlk hissədən sonra "Qarabağ" hesabda öndə olsa, "Qəbələ" geri dönüş edib. İkinci hissədə iki dəfə fərqlənən bölgə təmsilçisi xallarının sayını 17-ə çatdırıb.

Turun son matçında "Neftçi" və "Sumqayıt" komandaları görüşüblər. 10-cu dəfə qarşılaşan komandaların oyunlarında “Neftçi”nin üstünlüyü var idi. Bol qollu keçən görüşdən paytaxt təmsilçisi qalib ayrılıb. Hesabı "Sumqayıt" açsa da, sonda gülən tərəf "Neftçi" olub.

Premyer Liqa XVI tur

14 dekabr (bazar)

“Bakı” – “Xəzər Lənkəran” - 0:0
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Qəbələ” – “Qarabağ” - 2:1 
Qollar: Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 22  
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Asim Xudiyev 
Qəbələ şəhər stadion, 15:00

“Neftçi” – “Sumqayıt” - 3:2
Qollar: Ruslan Qurbanov, 51;73 Araz Abdullayev, 56
 - Orxan Əliyev, 34; 63
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
“Bakcell Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 8 4 2 24-15 28
2 Neftçi 14 7 5 2 18-10 26
3 İnter 14 6 7 1 23-5 25
4 Xəzər Lənkəran 14 5 4 5 19-16 19
5 Simurq 15 5 3 7 20-20 18
6 Qəbələ 14 4 5 5 17-22 17
7 Sumqayıt 14 4 2 8 18-24 14
8 AZAL 13 3 4 6 14-23 13
9 Bakı 14 2 4 8 10-28 10
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Bombardirlər

Mikel Alvaro (“İnter”) - 8 qol
Nurlan Novruzov ("Bakı") - 6 qol    
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 6 qol
Draqan Çeran ("Simurq") - 6 qol 
Franka Nildo ("İnter") - 5 qol