Futbol

Vaqif Cavadov 28, Ufuk Budak 90 dəqiqə oynadı

Rəhmanın adı isə ümumiyyətlə, matçın iştirak ərizəsində yer almayıb



Türkiyə PTT 1-ci Liqasında XIII turun oyunları keçirilib. Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin komandası - "Qaziantep BB" səfərdə "Bucaspor"un qonağı olub.

Oyun 1:1 hesabıyla başa çatıb. Ufuk 90 dəqiqə oynayıb. Ehtiyat oyunçular skamyasında yer alan Vaqif 62-ci dəqiqədən etibarən meydana çıxıb. Rəhmanın adı isə ümumiyyətlə, matçın iştirak ərizəsində yer almayıb.

"Qaziantep BB" hazırda 15 xalla 11-ci pillədə yer almaqdadı.