Futbol

"Qalatasaray" 5 qolla lider oldu

İstanbul klubunun qollarını Umut Bulut, Əmrə Çolak, 23, Burak Yılmaz (2) və Hamit Altıntop vurub

Türkiyə Superliqasında XIII turun oyunları davam edir. "Qalatasaray" klubu səfərdə "Konyaspor"a 5 cavabsız qolla qalib gəlib - 5:0. İstanbul klubunun qollarını Umut Bulut, Əmrə Çolak, Burak Yılmaz (2) və Hamit Altıntop vurub.

 Çempionlar Liqasının qrup mərhələsinin son oyununda doğma meydanda "Arsenal"a biabırçı hesabla uduzan "Qalatasaray" səfərdə inamlı qələbə qazanmaqla turnir cədvəlində birinci yerə yüksəlib.