Futbol

Benzema "Real"ın ən yaxşı oyunçusudu

Kərim Benzema "Real" azarkeşləri tərəfindən noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Bu haqda Madrid klubunun rəsmi saytı xəbər yayıb. Geridə qalan ayda ümumilikdə 6 matçda meydana çıxan fransız futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oktyabr ayının ən yaxşısı Kriştiano Ronaldo seçilmişdi. Sentyabrda isə sözügedən mükafat İskoya təqdim olunmuşdu.