Futbol

"Qarabağ" UEFA-ya rəsmi olaraq şikayət etdi, Avropa Liqasının direktoruyla görüş günü təyin olundu

Tələbə uyğun olaraq məktub yazılıb və UEFA-ya göndərilib

Avropa Liqasının VI oyun günündə keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olay bütün ictimayyəti şoka salıb. Oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 hesabı ilə baş çatıb.

Nəticədə qrupda 6 xal toplayan komanda 3-cü sırada qərarlaşaraq yarışla vidalaşıb. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə böyük təzyiq yaradıb. 

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu məsələyə biganə qalmayaraq əldə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib.Tələbə uyğun olaraq məktub yazılıb və UEFA-ya göndərilib.

Bununla kifayətlənməyən Tahir Gözəl "Qarabağ"ın haqqını qorumaq üçün İsveçrəyə getməyə hazırlaşır. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqularını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.