Futbol

"Çelsi" Con Terriylə bağlı qərarını verdi

"İnter"də çalışdığım dönəmdə Xavyer Zanettinin də 37 yaşı var idi"

"Çelsi" klubu yayda anlaşması bitəcək müdafiəçisi Con Terri ilə müqavilə yeniləyəcək. "Daily Mail"in verdiyi məlumata görə, London təmsilçisi mövsümün sonunda təcrübəli futbolçu ilə yeni sözləşməyə imza atacaq.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Terri haqda bunları bildirib: "Hər futbolçu fərqlidi. Bəzi oyunçular 22 yaşında qocalırlar. Bəziləri də 36-37 yaşında gənc qalırlar. Terri həmin futbolçulardandı. 

"İnter"də çalışdığım dönəmdə Xavyer Zanettinin də 37 yaşı var idi. Terrinin uzun müddət oynayacağını söyləyə bilmərəm. Bunu proqnozlaşdırmaq çətindi. Ancaq əsas odu ki, Terri sabah meydana çıxmağa hazırdı".