Futbol

"İnter" "Simurq"la oyunda məğlubiyyətdən qaçdı

Turun digər üç qarşılaşmsı isə sabah oynanılacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun oyunlarına strat verilib.

İlk görüş günündə bir qarşılaşma oynanılıb. “Simurq” doğma meydanda paytaxtın “İnter” klubunu qəbul edib. 

22-ci görüşədək oyunların yarısından çoxunda qalib gələn “İnter” son duellərdə də üstün idi. Bakılılar ardıcıl 4 matçdı ki, rəqibindən qol buraxmırdı. Komandaların son 5 matçında isə qonaqlar ən azı 1 xal əldə edirdi. Bu dəfəki görüşdə də qali müəyyənləşməyib. Tərəflər hərəyə bir xalla kifayətləniblər.

Turun digər üç qarşılaşmsı isə sabah oynanılacaq.

Premyer Liqa XVI tur

13 dekabr (şənbə)

“Simurq” – “İnter” - 1:1
Qollar: Draqan Çeran, 43 - Franko Nildo, 90+2
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev 
AFFA nümayəndəsi: Nüvər Xasıyev 
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 13 8 4 1 23-13 28
2 İnter 14 6 7 1 23-5 25
3 Neftçi 13 6 5 2 15-8 23
4 Xəzər Lənkəran 13 5 3 5 19-16 18
5 Simurq 15 5 3 7 20-20 18
6 Qəbələ 13 3 5 5 15-21 14
7 Sumqayıt 13 4 2 7 16-21 14
8 AZAL 13 3 4 6 14-23 13
9 Bakı 13 2 3 8 10-28 9
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Bombardirlər:

Mikel Alvaro (“İnter”) - 8 qol
Nurlan Novruzov ("Bakı") - 6 qol    
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 6 qol
Draqan Çeran ("Simurq") - 5 qol