Futbol

"Qarabağ"ın vəkili: "Biz tələb etmişik ki, oyun yenidən keçirilsin"

"İddialarımızla razılaşsalar, bu, qəbul olunacaq”

“Qarabağ”ın vəkili Gurur Günal açıqlama verib. O, Avropa Liqasının qrup mərhələsinin son turunda oynanılan "Qarabağ" - "İnter" matçının yenidən keçirilmə ehtimalını dəyərləndirib:  

"Biz müraciətimizdə oyunun yenidən keçirilməsinə qərar verilməsini tələb etmişik. Əgər tələbimiz yerinə yetirilsə, oyun yenidən keçiriləcək. Görüntüləri izləyərkən də görünür ki, 93:12-ci saniyədə azarkeşlər “qol” deyə ayağa qalxır, tabloda da hesab 1:0 olaraq yazılır. 

Təxminən 30 saniyə sonra hakim köməkçiləri ilə danışaraq ofsayd qərarı verir. Bu 30 saniyədən sonra boşa gedən 18 saniyəlik bir vaxt da var. Bütün bunların nəzərə alınması lazımdı. Videoları təkrar-təkrar izləyərkən hamısı açıq-aşkar görünür. 

Bu iddialarımızı dəyərləndirsələr, oyunun nəticəsinin dəyişməsinə təsir edən vəziyyətin olduğu qənaətinə gəlsələr, etirazımızı qəbul edəcəklər. Biz tələb etmişik ki, oyun yenidən keçirilsin. İddialarımızla razılaşsalar, bu, qəbul olunacaq”.//Sportpress.az