Futbol

"Neftçi"nin futbolçusu rəsmən Almaniya Bundesliqasında

"Ayntraxt"a keçidi ilə bağlı sualları cavablandıracaq

"Neftçi"nin və Azərbaycan millisinin qapıçısı Emil Balayev Almaniya Bundesliqasında çıxış edən “Ayntraxt”la müqavilə imzalayıb.

Paytaxt klubunun rəsmi saytının verdiyi xəbərə görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən klubun şərəfini qoruyacaq.

Gənc qapıçı dekabrın 14-ü “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. 

Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı 8-ci km qəsəbə stadionunun mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.