Futbol

Azərbaycanlı futbolçu Rusiya millisində oynamaq istədiyini açıqladı

"Zenit"in azərbaycanlı forvardı Ramil Şeydayev Azərbaycan millisində oynamaqla bağlı danışıqlar aparmayacağını bildirib.

O, Rusiya yığmasında oynamaq istədiyini də sözlərinə əlavə edib:

"Azərbaycan yığmasında oynamaq üçün təklif var idi, amma mən bu barədə danışıqlar aparmayacağam. Hazırda bütün düşüncələrim Rusiya ilə bağlıdı.

Azərbaycan millisinə hörmət edirəm. Ora mənim atamın vətənidi. Ancaq mən Rusiya yığmasında oynamaq istəyirəm. Fabio Kapellodan təklif gözləyəcəyəm. Bir il, iki il, üç il, nə qədər vaxt lazımdısa, o qədər də gözləyəcəyəm".