Futbol

İspanlar "Barselona"nın fan klubundan şübhələnirlər

Çempionlar Liqasında "Barselona" və PSJ arasında oynanılan matçın ardından baş verən və iki fransız azarkeşin yaralanması ilə nəticələnən hadisələrlər bağlı araşdırma davam edir.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, ölkə polisi "Barselona"nın 2003-cü ildə stadiona girişi qadağan olunmuş "Boixos Noi" fan klubundan şübhələnir.

Katalon klubunun prezidenti Josep Maria Bartomeu da məsələ ilə bağlı açıqlama verib:

"Şiddət və idman bir-birilə əlaqəsi olmayan iki anlayışdı. Şiddətin idman dünyasından çıxması üçün futbolçularımızı bu barədə məlumatlandırmağa davam edirik".

Sözügedən hadisə ilə yanaşı, oyunun gedişatında futbolçuların gözlərinə lazerin tutulması UEFA müşahidəçilərinin gözündən yayınmayıb. Bu barədə də protokol tərtib olunub.