Futbol

Mourinyo söz-söhbətlərə nöqtə qoydu: "Torresin "Çelsi"yə qayıtması mümkünsüzdü"

İngiltərə mətbuatında "Milan"da icarə əsasında çıxış edən Fernando Torresin tezliklə "Çelsi"yə qayıdacağı barədə xəbərlər yayılıb.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo bu barədə açıqlama verərək söz-söhbətlərə son qoyub:

"Bu mümkün deyil. Belə bir şey olmayacaq. Biz onu iki il müddətinə "Milan"a icarəyə vermişik. Həm də nə Premyer Liqa siyahımızda, nə də Çempionlar Liqası üçün olan sifariş ərizəsində yer yoxdu.

Torresin indi qayıtması mümkünsüzdü. "Milan"dan heç kim bizimlə bu barədə danışıqlar aparmayıb. Bunlar boş söz-söhbətlərdi. O, "Milan"da xoşbəxtdi".

"Milan" forması ilə 10 matçda meydana çıxan Torresin aktivində cəmi 1 qol var.