Futbol

Əfsanəvi Ronaldo yenidən yaşıl meydanlara qayıdır

"İstəyirəm ki, bunda mən də pay sahibi olum”

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo karyerasını bərpa etməyə hazırlaşır. 2011-ci ildə aktiv futbol həyatına son qoyan ötənlərin məşhur forvardı ABŞ klubunda çıxış edəcək.

O, sahiblərindən biri olduğu, 2006-cı ildə təsis edilən “Fort-Loderdeyl Straykers” klubuna futbolçu kimi də xidmət etmək qərarına gəlib. 

Ronaldo məsələyə belə münasibət bildirib: “Bu komandanın formalaşmasında aktiv şəkildə iştirak edəcəm. Bundan əlavə, klubun həyata keçirdiyi aksiyalara da qatılacam. 

Əminliklə deyə bilərəm ki, ABŞ futbolu tezliklə zirvələrə qalxacaq. İstəyirəm ki, bunda mən də pay sahibi olum”.  

"Fort-Loderdeyl Straykers" hazırda Şimali Amerika futbol liqasının (NASL) ikinci divizionunda çıxış edir.