Futbol

"Qalatasaray"a şok cəza

Buna klubun 20.8 milyon lirəlik (7.1 milyon manat) vergi borcu səbəb olub

Türkiyənin Superliqasında mübarizə aparan “Qalatasaray” klubu 41.6 milyon lirə (14.3 milyon manat) cərimə olunub. 

Buna klubun 20.8 milyon lirəlik (7.1 milyon manat) vergi borcu səbəb olub. 

Klub vergilər idarəsi ilə hansısa bir razılığa gələ bilməyəcəyi təqdirdə bu borcu ödəməyə məcbur olacaq. 

Bu barədə məlumatı klubun “İctimai Məlumatlandırma Platformu” yayıb.