Futbol

UEFA həkimləri "Real"ın məşqinə gəlib, Ronaldonu dopinq-testdən keçirdilər

"Seçilmiş 5 adamdan qan və sidik testi verən tək mən oldum"

UEFA Kriştiano Ronaldo başda olmaqla "Real"ın futbolçularını dopinq-testdən keçirib. 

Komandanın məşqinə qəfil gələn UEFA həkimləri futbolçulardan qan analizi götürüb. Ronaldo ilə bərabər Serxio Ramos, Toni Kroos, Pepe, İsko, Marselo, Keylor Navas və zədəsi hələ sağalmayan Luka Modriç dopinq test edilib. 

Madrid klubunun rəsmiləri dopinq testə görə narahatlıq keçirmədiklərini və bu cür vəziyyəti adi hal kimi qarşıladıqlarını bildiriblər.

UEFA bu həftənin əvvəlində "Barselona"dan 5 futbolçunu dopinq test edib. Lionel Messi qan və sidik analizlərini tək verməsi ilə bağlı sosial şəbəkədə status paylaşmaqla narazılığını bildirmişdi: 

"Dopinq günü. Seçilmiş 5 adamdan qan və sidik testi verən tək mən oldum. Qəribə deyilmi?".