Futbol

Dirk Kuyt "Fənərbağça"dan ayrılır

"Fənərbağça" rəhbərliyi müqaviləsi 2015-ci ilin yayında bitəcək olan Dirk Kuytla müqavilə yeniləməmək qərarına gəlib.

Holland futbolçu mövsümün sonunda azad agent statusu altında başqa kluba keçə biləcək. Forvardın 2003-2006-cı illər arasında formasını geydiyi sabiq klubu "Feyenoord"a qayıdacağı gözlənilir.

"Sanderlend" və "Sauthempton" da 34 yaşlı oyunçu ilə yaxından maraqlanırlar.

Cari mövsümdə Türkiyə Superliqasında 12 matçda meydana çıxan Köyt 2 dəfə fərqlənib.