Futbol

"Arsenal" bu xəbərlə sarsıldı

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi bir ay müddətinə sıradan çıxıb.

O, "Qalatasaray"la oynanılan matçda dizaltı vətərindən zədə almışdı və birinci hissədən sonra meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Cari mövsümdə 21 matçda meydana çıxan Remsinin aktivində 6 qol var.

23 yaşlı futbolçu oxşar zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməmişdi.