Futbol

"Mançester Yunayted" De Xeanı "Real"dan qorumaq üçün sərvət ödəyəcək

"Mançester Yunayted" rəhbərliyi qolkiper David De Xea ilə müqavilə müddətini uzatmaq qərarına gəlib.

"The Sun"ın xəbərinə görə, "mankunyanlar" ispan qapıçını "Real" təhlükəsindən qorumaq üçün bu addımı atmaq fikrinə düşüblər. Madrid klubu ciddi şəkildə De Xea ilə maraqlanır. Onlar hətta gənc qolkiper müqabilində Qaret Beyli qarşı tərəfə göndərməyə hazırdılar.

"Mançester Yunayted" De Xeanın müqaviləsini 2019-cu ilə kimi uzatmağı planlaşdırır. Onun illik məvacibi isə 9 milyon avro olacaq.