Futbol

Torres "Atletiko"ya qayıdacaq?

"Atletiko" qışda hücum xəttini gücləndirmək istəyir.

AS-ın xəbərinə görə, Madrid klubunun əsas transfer hədəfi "Milan"da icarə əsasında çıxış edən Fernando Torresdi.

Torreslə yanaşı, Lukas Podolski ("Arsenal") və Cerdan Şakirinin ("Bavariya") adları "Atletiko"nun transfer siyahısında yer alıb.

Fernando Torres gənc komandadakı çıxışını da nəzərə alsaq, ümumilikdə 12 il (1995-2007) "Atletiko"nun şərəfini qoruyub.