Futbol

"İnter" qışda hücum xəttini gücləndirəcək

"İnter" qışda Fransa Liqa 1-də çıxış edən iki hücumçu ilə heyətini gücləndirə bilər.

"La Gazetta dello Sport"un xəbərinə görə, Roberto Mançini PSJ-nin forvardı Esekiel Lavessi və "Marsel"də çıxış edən Andre Ayyunun xidmətində maraqlıdı.

Lavessinin adı artıq bir neçə müddətdir ki, "İnter"lə hallanır. Milan klubunun digər transfer hədəfi Ayyunun müqavilə müddəti isə iyun ayında bitir. Rus klubları da onunla yaxından maraqlanırlar.