Futbol

İtaliya Avropada yeganə ölkədi ki...

Almaniya isə qitənin ən nüfuzlu klub turnirində 4 klubunun play-off-a çıxması ilə diqqət çəkib

Çempionlar Liqasından sonra Avropa Lliqasında da qrup mərhələsinin oyunları bitdi. 

İtaliya yeganə ölkədi ki, bu mövsüm bütün təmsilçiləri avrokuboklarda mübarizəni davam edir.

Qitə kuboklarına qatılan 6 Seriya A klubunun 6-sı da pley-off-da oynamaq hüququ qazanıb. 

 “Yuventus” Çempionlar Liqasının 1/8 finalında, “Roma”, “İnter”, “Napoli”, “Fiorentina” və “Torino” isə Avropa Liqasının 1/16 finalında iştirak hüququ qazanıblar.

Almaniya isə qitənin ən nüfuzlu klub turnirində 4 klubunun play-off-a çıxması ilə diqqət çəkib: "Bavariya", Borussiya", "Bayer" və "Şalke".