Futbol

“Qarabağ” rəsmi etiraz edib, qələbəni qaytara bilər - ƏSASNAMƏ BELƏ DEYİR!

Buna artıq “Qarabağ”ın hüquqşünasları müdaxilə etməli, “dəmiri isti-isti döyməlidilər”

Məsələdən xəbərdarsız. Son saniyələrdə vurduğumuz halal qolun qeydə alınmamasından hələ də özümüzə gələ bilməmişik. Çətin də qarşıdakı bir neçə gündə gələk. Çexiyalı hakim ofsayd qərarının səhv olduğu aşkardı. Bunu hamı gördü, təsdiqlədi. Ancaq “Qarabağ”ın haqqı tapalandı və final fiti səsləndiyindən, nəyisə dəyişmək mümkün deyil. 
 
Belə düşünürdük. UEFA-nın İntizam Əsasnaməsinə nəzər salmayana qədər.
 
Avropanın ali futbol qurumunun 2014-cü il üçün qüvvədə olan Əsasnaməsində çox vacib bir qeyd var. “Admissibility of protests”, yəni “Etirazların mümkünlüyü” başlıqlı 50-ci maddənin “c” və “d” bəndlərində hakimin səhvinə matçın nəticəsinin dəyişdirilə biləcəyi haqda qayda var.

“D” bəndində “Hakimin oyunun nəticəsinə təsir edən kobud qayda səhvi” üzündən nəticənin dəyişdirilməsinin mümkünlüyü qeyd olunur. Ofsayd qərarının bu bəndin hökmü altına düşüb-düşmədiyi məsələsi qaranlıqdı. Buna artıq “Qarabağ”ın hüquqşünasları müdaxilə etməli, “dəmiri isti-isti döyməlidilər”.

Təbii ki, şansımız çox azdı. Ancaq yox da deyil. Rəsmi etirazı gecikdirmək olmaz.(Rekord.az)