Futbol

Rus futbolçu Qərbin tətbiq etdiyi sanksiyalara görün necə reaksiya verdi

"Biz hamımız bir yumruq kimi birləşməliyik, irəli getməliyik"

Rusiya millisinin kapitanı, eyni zamanda Moskva "Spartak"ın oynayan Roman Şirokov özünə qızıl iPhone alıb. 

O, Rusiyanın gerbi olan qızıl telefon üçün 179 min rubl ödəyib. Şirokov Rusiyanın rəmzi olan qızıl iPhone 6-nı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq aldığını deyib:

"Telefona həm də ideya yayan vasitə kimi də baxmaq olar. Bu onu göstəriri ki, biz heç nədən qorxmuruq və geri addım atmağı düşünmürük. Bizi qorxutmaq elə də asan deyil. Biz hamımız bir yumruq kimi birləşməliyik, irəli getməliyik. Düşünürəm ki, bununla da biz qalib gələ bilərik". 

Bununla da, Şirokov Rusiya - İtaliya zərgərlik şirkətinin birgə istehsalı olan eksklüziv smartfon alan ilk insanlardan olub.