Futbol

Mourinyo Çempionlar Liqasının 1/8 finalında qarşılaşmaq istədiyi klubun adını açıqladı

"Onların da avrokuboklarda çıxış etməsi bizə sərf edir"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkündən əvvəl fikirlərini bildirib. İngiltərə mətbuatı yazır ki, portuqaliyalı mütəxəssis PSJ ilə üz-üzə gəlmək istəyir:

"Bizim 5 mümkün rəqibimizdən hər biri özünə görə güclüdü. Kimsə "Bazel" variantını daha yaxşı sayır. Lakin xatırlatmaq istərdim ki, onlar ötən il 2 dəfə bizi məğlub ediblər. Bundan əlavə "Bazel" "Mançester Yunayted"i, bu il isə "Liverpul"u sıradan çıxarıb.

Şəxsən mən istərdim ki, rəqibimiz PSJ olsun. Bu, həm bizim uyğun olardı, həm də azarkeşlərə stadiona getməyə yaxın olardı.

Sevinirəm ki, "Mançester Siti" və "Arsenal" Çempionlar Liqasında, "Liverpul", "Tottenhem" və "Everton" is Avroliqada mübarizəni davam etdirirlər. Onların da avrokuboklarda çıxış etməsi bizə sərf edir.

İngiltərə Premyer Liqasındakı əsas rəqiblərimiz avrokuboklarda oynadıqlarına görə bizimlə eyni vəziyyətdədilər. 

Məhz indi əsl Çempionlar liqası başlayır. Biz ötən mövsüm ən yaxşı 4 komandadan biri olmasaq da, yarımfinala yüksəlmişdik. Addım-addım irəliləmək lazımdı".