Futbol

Avropa Liqasında səbətlər dəqiqləşdi

1/16 finalın püşkatma mərasimi dekabrın 15-də keçiriləcək

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları müəyyənləşib.

UEFA-nın rəsmi saytının verdiyi xəbərə görə, avroliqanın qrup mərhələsini ilk 2 pillədə tamamlayan 24 komanda və Çempionlar Liqasındakı 8 qrupda üçüncü pillənin sahibləri növbəti mərhələyə yüksəlib.

Səpələnmişlər: "Borussiya” (Mönxenqladbax, Almaniya), "Brügge” (Belçika), "Beşiktaş” (Türkiyə), "Zalsburq” (Avstriya), "Dinamo” (Moskva, Rusiya), "İnter” (İtaliya), "Feyenoord” (Hollandiya), "Everton” (İngiltərə), "Napoli” (İtaliya), "Dinamo” (Kiyev, Ukrayna), "Fiorentina” (İtaliya), "Legiya” (Polşa), "Olimpiakos” (Yunanıstan), "Sportinq” (Portuqaliya), "Atletik” (Bilbao, İspaniya), "Zenit” (Rusiya)

Səpələnməmişlər: "Vilyarreal” (İspaniya), "Torino” (İtaliya), "Tottenhem” (İngiltərə), "Seltik” (Şotlandiya), PSV (Hollandiya), "Dnepr” (Ukrayna), "Sevilya” (İspaniya), "Volfsburq” (Almaniya), "Yanq Boys” (İsveçrə), "Olborq” (Danimarka), "Genqam” (Fransa), "Trabzonspor” (Türkiyə), "Anderlext” (Belçika), "Ayaks” (Hollandiya), "Liverpul” (İngiltərə), "Roma” (İtaliya).

1/16 finalın püşkatma mərasimi dekabrın 15-də keçiriləcək.