Futbol

"Mançester Yunayted" Almaniya millisinin üzvünü transfer edir

"Mançester Yunayted" "Borussiya"nın (Münhenqladbax) yarımmüdafiəçisi Kristof Kramerlə yaxından maraqlanır.

"Talk Sport"un xəbərinə görə, rəsmi danışıqlar yaxın günlərdə başlayacaq. Keçid qışda reallaşa bilər.

"Mançester Yunayted"lə yanaşı, "Real" da Almaniya millisinin üzvünü transfer etmək istəyir.

Cari mövsümdə 17 matçda meydana çıxan Kramer 1 dəfə fərqlənib.