Futbol

Tahir Gözəl: "Bu işlə çox ciddi maraqlanacağıq"

"Növbəti ildə də Avropanın qapılarını yenidən döyəcəyik"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirilən matçdan sonra (0:0) fikirlərini bölüşüb. 

Görüşün son dəqiqələrdə Riçard Almeydanın vurduğu qolun qeydə alınmamasına münasibət bildirən klub rəsmisi jurnalistlərə açıqlamasında deyib:

"Matçı izlədiyim yerdən qolun oyundan kənar vəziyyətdən vurulub-vurulmamasını yaxşı görə bilmədim. Buna sonra özümüz daha dəqiq baxacağıq. Bu oyunda ən gözəl qol epizodlarını “Qarabağ” yaratdı. 

”İnter” dən çox üstün və gözəl oyun sərgilədik, amma alınmadı. Texniki heyətlə birlikdə bu işlə çox ciddi maraqlanacağıq. Baxaq görək, sonda nə olacaq? Bununla kifayətlənməyəcəyik. Növbəti ildə də Avropanın qapılarını yenidən döyəcəyik".