Futbol

Arsen Vengerin Poqba planı

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba "Arsenal"ın maraq dairəsinə düşüb.

Xüsusilə də Arsen Venger fransız futbolçunun xidmətində maraqlıdı. Mümkün transferin maliyyə detalları barədə məlumat verilmir.

"Çelsi", "Mançester Siti" və "Mançester Yunayted" də Poqbanı transfer etmək istəyirlər.

Cari mövsümdə 18 matçda meydana çıxan 21 yaşlı futbolçu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.