Futbol

Marko Andreolli: "Topun bizim oyunçunun ayağından getdiyini bildirsəm də, məni dinləmədi"

"Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram”

"İnter"in futbolçusu Marko Andreolli də "Qarabağ"ın vurduğu qolda heç bir qayda pozuntusunun olmadığını dilə gətirib. 

Milan klubunun üzvü Avropa Liqasının qrup mərhələsində Bakıda Ağdam klubu ilə qolsuz bərabərə qaldıqları oyundan sonra fikirlərini dilə gətirib:

“Qolun sayılmadığını bildiyim an hakimə yaxınlaşaraq təkidlə topun bizim oyunçunun ayağından getdiyini bildirsəm də, məni dinləmədi. 

Oyundan sonra paltardəyişmə otağında sizin baş məşqçiyə də bildirdim ki, haqqlı qolunuz sayılmadı. "Qarabağ"a gələcək oyunlarda uğurlar arzulayıram”