Futbol

Roberto Mançini: "Elə isə "Qarabağ"ı təbrik edirəm"

“Çox yaxşı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı"

"İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Çox yaxşı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Təəssüf ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilmədi”.

- Təcrübəli məşəşqçi kimi qəbul edirsiz ki, qol ofsayd deyildi?
- Futbolda hər şey olur. "Qarabağ" əvvəlki şanslarından istifadə edə bilmədi. Etsəydi, başqa cür olardı.

- Bu gün biz "İnter"in ifasında yaxşı oyun görmədik. Sadəcə, hakimlər "Qarabağ"ın qələbəsini əlindən aldı.
- Elə isə "Qarabağ"ı təbrik edirəm.