Futbol

İspan futbolçu karyerasını İngiltərədə davam etdirə bilər

"Napoli"nin müdafiəçisi Raul Albiol "Tottenhem"in maraq dairəsinə düşüb.

"Sport Mediaset"in xəbərinə görə, London klubu yanvarda rəsmi danışıqlara başlayacaq. Konkret transfer məbləğinin nə qədər olacağı barədə məlumat verilmir.

Albiol 2013-14 mövsümündə "Real"dan Neapol təmsilçisinə transfer olunmuşdu.

İspan futbolçu "Napoli" forması ilə ümumilikdə 43 matçda meydana çıxıb.