Futbol

"Real"ın aparıcı futbolçularının nə vaxt meydana qayıdacaqları açıqlandı

"Real"ın baş məşqçisi Karlo Ancelotti aparıcı futbolçuların nə vaxt meydana qayıdacaqlarını açıqlayıb.

İtalyan mütəxəssisin sözlərinə görə, Xames Rodriqes gələn həftənin cümə axşamı komanda ilə məşqlərə başlayacaq. Kolumiyalı futbolçu Klublararası Dünya çempionatının finalında Madrid klubuna kömək edə biləcək.

Xedira da komanda ilə birgə Mərakeşə yollanacaq. Onu da həlledici görüşdə meydanda görmək imkanımız olacaq.

Modriçə gəlincəysə, onun bərpa prosesi sürətlə davam edir. Xorvat futbolçu yanvar ayında məşqlərə başlayacaq.

"Real" dekabrın 16-da Klublararası Dünya çempionatının yarımfinalında "Krus Asul" - "Vestern Sidney Uonderers" cütünün qalibi ilə üz-üzə gələcək.

Final matçı dekabrın 20-də keçiriləcək.