Futbol

"Arsenal" braziliyalı futbolçunu "Real"ın əlindən almağa çalışır

"Arsenal" "Kruzeyro"nun yarımmüdafiəçisi Lukas Silvaya görə klubuna rəsmi təklif göndərib.

21 yaşlı futbolçu ilə "Real" da yaxından maraqlanır. Madrid klubu ona görə 12 milyon avroya ödəməyə hazırdı. Ancaq "Kruzeyro" 15 milyon avro tələb edir.

İngilis mətbuatında yayılan xəbərlərə görə, "Arsenal" Braziliya klubunun tələb etdiyi 15 milyonu ödəməyə razılıq verib. Ancaq Lukas Silva "Real"da oynamaq istəyir.